Modern.az saytı xəbər verir ki, Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyeva amnistiya təşəbbüsü ilə Milli Məclisə müraciət edib.
Bu barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Komitə sədrinin sözlərinə görə, Mehriban Əliyevanın təşəbbüsü ilə Milli Məclisin gündəliyinə daxil edilən Amnistiya aktı layihəsi müzakirə olunacaq.
Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın fəaliyyətində humanizm və mərhəmət prinsiplərini həmişə rəhbər tutulub. Hələ 2009-cu ildə Mehriban xanımın təşəbbüsü ilə Novruz bayramı ərəfəsində amnistiya aktı qəbul edilmişdi. Həmin amnistiya aktının icrası 9 min 564 məhkuma tətbiq olunmüşdü. Onlardan 8 min 604-ü kişi, 960-ı qadın, o cümlədən 23-ü yetkinlik yaşına çatmayan şəxslər idi.
Modern.az