Modern.az

Təhsil Nazirliyi: "BDU-da tibb fakültəsi açıla bilməz"

Təhsil Nazirliyi: "BDU-da tibb fakültəsi açıla bilməz"

30 Aprel 2013, 12:17

Təhsil Nazirliyinin Aparat rəhbəri İlham Pirməmmədov Bakı Dövlət Universitetində (BDU) tibb fakültəsinin açılma təklifinə münasibət bildirib. Modern.az xəbər verir ki, nazirlik rəsmisi deyib ki, BDU-da tibb fakültəsinin açılması üçün baza yoxdur.

“Tibb elə bir ixtisasdır ki, bunu hər bir ali məktəbə vermək olmaz. Bunun üçün yüksək texniki baza, kadr potensialı lazımdır. Hələlik BDU-da tibb fakültəsinin açılması nəzərdə tutulmur”.

Xatırladaq ki, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov bir müddət öncə bildirmişdi ki, BDU-da tibb fakültəsi açıla bilər və bu istiqamətdə məsləhətləşmələr aparılır.

2006-cı ildə Təhsil Nazirliyinin kollegiyası Azərbaycandakı bütün özəl ali məktəblərin tibb fakültələrinin bağlanması barədə qərar qəbul etmişdi. Elə həmin ildən də özəl ali məktəblərdə bu fakültələr ləğv edildi. Nazirlik özəl ali məktəblərdə bu fakültələrin bağlanmasını o məktəblərin maddi-texniki bazasının zəifliyi ilə əlaqələndirmişdi.


Aytən Əliyeva

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal