“Rabitə və İnformasiya Texnologiyaları Universitetinin bu il açılması gözlənilir”. Modern.az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin aparat rəhbəri İlham Pirməmmədov deyib. Onun sözlərinə görə, sentyabrın 15-dən həmin universitetə tələbə qəbulu aparılacaq.
“Həmin universitetin əsasnaməsi bizə göndərilib. Eyni zamanda hansı ixtisaslar üzrə kadr hazırlanacağı da burda öz əksini tapıb”.