Modern.az

AZƏRTAC-la bağlı cinayət işi açılıb? - RƏSMİ CAVAB

AZƏRTAC-la bağlı cinayət işi açılıb? - RƏSMİ CAVAB

21 Noyabr 2022, 14:32

AZƏRTAC-la bağlı cinayət işi başlanılmayıb.

 

Bu barədə Modern.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

 

Rəsmi məlumata əsasən, qeyd edilən fakt təsdiq olunmayıb.

 

Xatırladaq ki, sosial şəbəkədə Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə bağlı cinayət işinin başlanılması barədə məlumatlar yayılmışdı. Noyabrın 19-da Aslan Aslanovun Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi bununla əlaqələndirilirdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər