Modern.az

Vahid Əhmədova parlamentdə özəl banklardan şikayət etdi

Vahid Əhmədova parlamentdə özəl banklardan şikayət etdi

30 Aprel 2013, 12:45

Modern.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Vahid Əhmədov Azərbaycanın bank sektorunda olan narazılıqlarını bildirib.

V.Əhmədov bildirib ki, son zamanlar özəl banklar vətəndaşları yüksək faizlər müqabilində girova çevirərək əmlakını əlindən alır.

Millət vəkilinin sözlərinə görə, bir sıra banklar ümumiyyətlə mərkəzləşdirilmiş bank sistemindən kənara çıxaraq əhalini talamaqla məşğuldurlar.

“Bu banklar əhaliyə yüksək faizlərlə kredit verir, sonra bu kreditin ödənməsi ilə bağlı problemlər çıxanda vətəndaşın bütün əmlakını almağa cəhd edirlər”.

Deputatın fikrincə, bir neçə il bundan əvvəl bank kredit sistemi Mərkəzi Bankın nəzarəti ilə həyata keçirilirdi.

V.Əhmədov Mərkəzi Bankı özəl bankların kredit siyasətinə müdaxilə etməyə çağırıb

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal