Modern.az

Zelenskinin dəyişdirilməsi Moskvanın məqsədi deyil - Peskov

Zelenskinin dəyişdirilməsi Moskvanın məqsədi deyil - Peskov

Aktual

21 Noyabr 2022, 15:34

Ukraynada mövcud hökumətin dəyişdirilməsi Rusiyanın həyata keçirdiyi “xüsusi hərbi əməliyyat”ın məqsədi deyil.

Modern.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.


Kremlin sözçüsü Volodimir Zelenskinin rəhbərlik etdiyi hakimiyyətin dəyişdirilməsinin məqsədlərdən biri olub-olmadığı barədə suala cavab verərəkən “Xeyr, prezident artıq bu barədə danışıb” deyib.


Peskov bildirib ki, Moskva Ukraynada keçirdiyi “xüsusi hərbi əməliyyat” zamanı öz məqsədlərinə çatmaq istəyir və buna nail olacaq.


O, Ukrayna prezidenti V.Zelenskinin Moskvanın guya Kiyevlə danışıqlara can atmadığı, əksinə, hərbi əməliyyatlarda qısamüddətli “sakitlik” əldə etmək istədiyi barədə sözlərini belə şərh edib:


"Rusiya öz məqsədlərinə çatmaq istəyir və o, onlara nail olacaq"

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi