Parlamentin vitse-spikeri Valeh Ələsgərov erməni işğalı altındakı Dağlıq Qarabağa səfər edən avropalı deputatlarla bağlı çıxış edib.
O bildirib ki, avropalı deputatların Dağlıq Qarabağa səfəri yolverilməzdir. V.Ələsgərov xüsusən Dağlıq Qarabağa səfər etmiş kirpli deputatın hərəkətlərindən narazılığını bildirib.
Vitse-spikerin qeyd edib ki, Kiprdən olan deputatın Dağlıq Qarabağda xalqların öz müqəddəratı ilə bağlı dedikləri savadsızlıqdan, ya da fırıldaqlıqdan irəli gəlir.
“Xalqın müqəddəratını həll etmək xalqlara aiddir. Hər hansı inzibati ərazidə yaşayan xalq toplum olaraq bu məsələlər barədə qərar çıxara bilər”.
V.Ələsgərov yunanıstanlı deputatın dediklərinə qəti etiraz edərək, bildirib ki, daha yaxşı olaraq yunanlar tərəfindən öldürülən türklərin məsələsini araşdırılsın.
Vitse-spiker Avropa Birliyinə müraciət edərək bu deputatların mövqeyinin onlara çatdırılmasını təklif edib.
Modern.az