Modern.az

Cəbrayılda sərhədçilər qəzaya düşdü - Ölən və yaralılar var

Cəbrayılda sərhədçilər qəzaya düşdü - Ölən və yaralılar var

Hadisə

21 Noyabr 2022, 17:56

Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçiləri qəzaya düşüb.

 

DSX-nin Mətbuat Mərkəzindən Modern.az-a verilən məlumata görə, bu gün Cəbrayıl rayonunun Şükürbəyli kəndində xidmətə məxsus "UAZ" markalı avtomobil hərəkətdə olarkən "Shagman" markalı yük avtomobili "UAZ"ın hərəkət zolağına çıxıb və qəza baş verib.

 

Qəza nəticəsində bir neçə hərbçi xəsarət alıb.

 

DSX-nin hərbi qulluqçusu, baş çavuş Elmir Abbasov xəstəxanada həkimlərin müdaxiləsinə baxmayaraq, dünyasını dəyişib.

 

Digər yaralıların müayinə və müalicəsi davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi