Modern.az

Oqtay Əsədov Avropa Parlamentinin rəhbərinə müraciət etdi

Oqtay Əsədov Avropa Parlamentinin rəhbərinə müraciət etdi

30 Aprel 2013, 13:24

Milli Məclisin sədri Oqtay Əsədov Avropa Parlamentinin rəhbəri Martin Şultsa müraciət edəcək.

Parlamentin iclasında çıxış edən spiker bu haqda danışaraq müraciətin erməni diasporu tərəfindən ələ alınmış Avropa Parlamentinin deputatları ilə bağlı olduğunu deyib.

O.Əsədov qeyd edib ki, Avropa Parlamentinin bir sıra deputatları, həmçinin beynəlxalq təşkilat nümayəndələri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq normalara sığmayan bəyanatlarla çıxış edir, erməni təcavüzunə dəstək verirlər.

"Təəssüf edirəm ki, hələ də bir sıra beynəlxalq təşkilatla Azərbaycana qarşı ikili siyasətini davam etdirməkdədir və biz bir çox hallarda bu təşkilatların fəlaiyyətinə qarşı zəiflik göstərmişik. Amma bundan sonra bu hallara qarşı sərt reaksiya verilməlidir və ictimaiyyətin bütün təbəqələri bu işdə aktiv fəaliyyət göstərməlidirlər. Azərbaycanın milli maraqlarının müdafiəsi istiqamətində cəmiyyət bir araya gəlməlidir. Biz bundan sonra belə münasibətlərə sərt təpki göstərəcəyik, -

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal