Modern.az xəbər verir ki, Millli Məclisin vitse-spikeri Bahar Muradova Avropa Parlamenti üzvlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini tənqid edib:
“Belə çıxır ki, beynəlxalq hüquq erməni maraqlarının müdafiəçiləri üçün heç bir məna kəsb etmir. Avropa Parlamentinin həmin deputatlarına üz tuturam: səfərinizdə məqsəd nədir? Siz Avropa Birliyinə daxil olan ölkələrdə sosial hüquqları pozulan insanların səslərini eşitməli, mühacirlərin maraqlarını qorumalı olduğunuz halda niyə bir qrup erməninin maraqlarının müdafiəçisinə çevrilmisiniz? Bəlkə doğrudan da sizlər ermənilər tərəfindən alınmısınız, sizə ödənişlər verilib? Bu barədə də müzakirələr açılmalıdır.
Biz diplomatik çərçivələrdən çıxmamışıq, ancaq çərçivələri gözlədikcə üzərimizə gəlirlər. Hansı tondan, ifadədən istifadə edirlərsə, biz də o tonda və o ifadə ilə cavab verməliyik. Yüz minlərlə azərbaycanlı öz evlərinə dönə bilmir. Standartları gözləmək başımızda çatlayır. Əminəm ki, bu, davam edəcək. Qarşıdan prezident seçkisi gəlir. Onlara söyləyirəm ki, Azərbaycana qarşı fəaliyyətdən əlinizi, dilinizi saxlayın"
Modern.az