Modern.az

Hüquq müdafiəçiləri Mehriban Əliyevanın təşəbbüsünü dəstəklədilər

Hüquq müdafiəçiləri Mehriban Əliyevanın təşəbbüsünü dəstəklədilər

30 Aprel 2013, 13:41

“Hüquq müdafiəçiləri olaraq “Nida”çı gənclərin amnistiyaya düşmələrini gözləyirik”. Bunu Modern.az-a hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. O, Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyevanın amnistiya təşəbbüsü ilə Milli Məclisə müraciət etməsinə münasibət bildirərkən bunu alqışlayıb. N.Cəfəroğlu qeyd edib ki, yeni həbs olunan şəxslərin hamısının amnistiyaya düşmə ehtimalı var. N.Cəfəroğlunun sözlərinə görə, onun tərtib etdiyi siyahıda çox adam var.

“Çox şadam ki, amnistiya olacaq. Biz mayın 10-a qədər amnistiyanın olmasını gözləyirdik. Yəqin ki, çox adam, xüsusi ilə “Nida”çılar amnistiyaya düşəcəklər . Fərhad Əliyev və Əli İnsanovun məsələsinə gəlincə isə onların həbs müdəti qısaldıla bilər. Görək hansı maddələri qoyacaqlar”.

Digər hüquq müdafiəçisi Səidə Qocamanlı da amnistiya təşəbbüsünü imüsbət qiymətləndirib və bildirib ki, onun siyahısında olan məhbusların maddələri ilə amnistiya maddələri layihəsi uyğun gələrsə, bu şəxslərə də amnistiya aktının şamil edilməsi gözlənilir.

“Ümid edirəm ki, bir çox məhbuslara bu amnistiya aktı şamil ediləcək. Və onlar bu gözəl bahar ayını ailələrində keçirə biləcəklər”.

Şahanə Rəhimli 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal