Azərbaycan Ziyalılar Forumunun lideri, kinodramaturq Rüstəm İbrahimbəyov “Azadlıq” radiosuna müsahibəsində hələ də ölkəyə qayıtmaması ilə bağlı açıqlama verib.
Kinodramaturq Azərbaycana gəlişinin təhlükəli olduğunu deyərək Bakıda dönəcəyi təqdirdə öldürüləcəyini iddia edib.
“Məni bir dəfə aeroportda iki saat saxladılar. Informasiya gəldi ki, gələn dəfə tutacağıq səni. Bu hökumət... hər şey eləyə bilər. Öldürə bilər, onu da bacarırlar. Bilirik ki, neçə adam öldürülüb. Əllərindən hər şey gələ bilər. Sərhəddə iki saat saxladıqları kimi, iki gün də saxlayar və sonra deyərlər ki, buraxmırıq səni. Bizim ittifaqın günahsız işçilərinə cinayət işi açıblar. Mənim orda olmağım bir şeyə kömək eləsəydi, mənə desəydilər ki, ay Rüstəm, bu Milli Şura yarandı, gəl, bu Milli Şuranın işində iştirak elə, mən gələrəm”-deyə R.İbrahimbəyov bildirib.
Modern.az