Modern.az

TQDK 45 min abituriyentin ərizəsini təsdiq etdi

TQDK 45 min abituriyentin ərizəsini təsdiq etdi

30 Aprel 2013, 14:54

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 44632 abituriyentin ərizəsi təsdiq edilib.

Bildirilib ki, aşağıda göstərilən kateqoriyalardan olan abituriyentlər elektron ərizələrini mayın 17-dək Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən elektron ərizə səhifəsindəki müvafiq düyməni basmaqla özləri təsdiq edirlər:

Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini 2012/2013-cü tədris ilində bitirən abituriyentlər;
Azərbaycan Respublikasının ilk-peşə ixtisas təhsili müəssisələrini 2012/2013-cü tədris ilində bitirən qız abituriyentlər;

2011/2012-ci və 2012/2013-cü tədris illəri üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə verib onu təsdiq etdirmiş qız abituriyentlər.

Qeyd: Xüsusi təyinatlı ali təhsil müəssisələrinə qəbul olmaq istəyən bütün abituriyentlər elektron ərizələrini tələb olunan sənədləri təqdim etməklə müvafiq təhsil müəssisəsində yaradılmış SQK-da təsdiq etdirirlər.

Rus bölməsinə sənəd verən abituriyentlər üçün “Azərbaycan dili” fənnindən imtahan iki dəfə – 2013-cü il mayın 19-da Bakı şəhərində və digər bölgə mərkəzlərində, iyunun 23-də isə yalnız Bakı və Naxçıvan şəhərlərində keçirilir. Mayın 19-da keçirilən imtahanda iştirak etmək istəyənlər ərizələrinin mayın 8-dən gec olmayaraq təsdiqini təmin etməlidirlər. Bu imtahanda iştirak edə bilməyən və yaxud “qeyri-məqbul” alan abituriyentlər ikinci imtahanda iştirak edə bilərlər.

Digər abituriyentlər elektron ərizələrini tələb olunan sənədləri təqdim etməklə mayın 17-dək müvafiq SQK-da təsdiq etdirirlər. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər:

Bölmə və ixtisas qrupları üzrə təsdiqlənmiş elektron ərizələrin sayı haqqında məlumat (30 aprel, saat 10:30-a olan məlumat)

 

İxtisas qrupları

 

Bolmə

I qrup

II qrup

III qrup

IV qrup

Cəmi

Azərbaycan

13370

8993

12207

4528

39098

Rus

1742

1768

1469

555

5534

Cəmi

15112

10761

13676

5083

44632

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal