Bu gün ADNA hadisələri ilə bağlı keçirilən anım mərasiminə qatılan Müsavat başqanı İsa Qəmbərin oğlu Turqut Qəmbər polis tərəfindən saxlanılıb.
Modern.az-ın məlumatına görə, NİDA vətəndaş hərəkatının üzvü olan T.Qəmbər Nəsimi rayon 22-ci polis bölməsinə aparılıb.
***
Bu gün ANDA hadisələri ilə bağlı keçirilən gənclərin etiraz aksiyasında saxlanılan Müsavat başqanı İsa Qəmbərin oğlu, NİDA vətəndaş hərəkatını üzvü Turqut Qəmbər Nəsimi rayon Məhkəməsinin qərarı ilə 10 sutka azadlıqdan məhrum edilib.
Aksiyada tutulan digər müxalifətçilərə, AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı və Azad Gənclik Təşkilatı üzvü İlkin Rüstəmzadəyə də 10 sutka həbs cəzası verilib.
Modern.az