Modern.az

Cəmil Çiçək Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətilə görüşüb - FOTOLAR

Cəmil Çiçək Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətilə görüşüb - FOTOLAR

Təhsil

30 Aprel 2013, 16:11

Bu gün Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev başda olmaqla Qara Dəniz Ölkələrinin QHT Forumunun nümayəndə heyətini qəbul edib. Görüşdə 10 ölkənin QHT rəhbərləri, o cümlədən Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni, QHT əməkdaşlıq  Alyansının həmsədri Rufiz Qonaqov iştirak edib. Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək forum üzvlərini Ankarada yenidən görməkdən məmnunluq ifadə edib. Forumun işinə uğurlar arzulayıb. Forumun sədri Azay Quliyev və Türkiyənin millət vəkili İsmayıl Safi çıxış edərək Qara Dəniz QHT forumunun beynəlxalq əhəmiyyəti, qarşıda duran vəzifələr və görüləcək işlər barədə öz fikirlərini bildiriblər. Azay Quliyev qeyd edib ki, bir il ərzində forum üç toplantısını keçirib. İndi üçüncü toplantıya  qatılırlar. ”Hesab edirəm ki, bundan sonra da görüləcək işlər davamlı olmalıdır”-deyə A.Quliyev bildirib.









Modern.az

 

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal