Azərbaycanda keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlayan Azadlıq Partiyasının sədri Əhməd Oruc jurnalistlərdən narazılığını bildirib. Modern.az-ın məlumatına görə, fermer təsərrüfatı ilə məşğul olan Ə.Oruc digər opponentlərindən fərqi olaraq onun saxladığı inəkləri ilə gündəmdə olmasından narazılığını bildirib.
“APA.tv-də mənim inəklərimin tərəfdarı çıxdı. Başqa namizədlərin özünü göstərirlər, mənim isə inəklərimi. Qabaqlar jurnalistləri işə götürəndə bir neçə aylıq sınaq müddəti olurdu. İndi sınaq əvəzinə jurnalistləri müxalifət nümayəndələrinə qarşı tərbiyəsizlik testindən keçirilir. Bu testdən keçənlər hakimiyyətin çoxsaylı mətbuat orqanlarında tədricən təkmilləşir, irilənir, kökəlir, lap "istedadlıları" axırda deputat da olurlar.
Mənim inəklərim həm milli çıxarlar, həm əxlaq, həm də təqsirsizlik prezumpsayisı baxımından hakimiyyətin muzdlul jurnalistlərindən dəfələrlə üst mərtəbədədir. Aşağıdakılar, özünüzü gözləyin!”-deyə partiya sədri bildirib.
Anar RÜSTƏMOV