Modern.az

“Marneuli azərbaycanlıları üçün aksiyanı erməni kilsəsi keçirməyib” - Deputat

“Marneuli azərbaycanlıları üçün aksiyanı erməni kilsəsi keçirməyib” - Deputat

Təhsil

30 Aprel 2013, 16:48

Erməni mətbuatının yaydığı məlumata görə, Gürcüstandakı Erməni Apostol Kilsəsinin təşəbbüsü ilə azərbaycanlıların yaşadığı Marneuli rayonunun Çopk kəndində xeyriyyə aksiyası keçirilib. İnformasiyalarda qeyd olunur ki, erməni kilsəsinin təşəbbüsü ilə keçirilən aksiyada azərbaycanlı şagird və müəllimlərə bahalı hədiyyələr verilib.

Marneulidəki görüşü erməni mətbuatı dostluq  kimi qələmə verib. Məlumatlarda o da qeyd olunur ki, qonaqları məktəb direktoru, müəllimlər və şagirdlərin iştirakı ilə yerli molla Tahir Bayramov qarşılayıb.
Gürcüstan parlamentinin azərbaycanlı deputatı Əli Məmmədov Modern.az-a açıqlamasında bildirib ki, bu aksiyanın təşkilatçıları erməni kilsəsi olmayıb.

“Bunu beynəlxalq “Dobrıy samarityanin” adlı xarici fond həyata keçirib. Hər il bu fond bir neçə məktəbdə görüş təşkil edib, hədiyyələr paylayır. Keçən il Azərbaycan və rus məktəblərinə kömək ediblər. Bu il isə Çopk kəndindəki məktəbdə oldular. Həmin kənddə bir binada Azərbaycan və erməni məktəbləri fəaliyyət göstərir. Kəndin mollası və erməni kilsəsinin təmsilçisi, habelə beynəlxalq fondun işçiləri bu aksiyada iştirak ediblər. Ancaq yenə deyirəm, bu təşəbbüs erməni kilsəsinə məxsus deyil”.

  Aqşin Kərimov  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal