Modern.az

“El” hərəkatı Mirmahmud Mirəlioğlunun təklifini “ rədd” etdi

“El” hərəkatı Mirmahmud Mirəlioğlunun təklifini “ rədd” etdi

Təhsil

30 Aprel 2013, 17:28

“Bizim mənfi cəhətimiz odur ki, çox danışıb, az iş görürük”

“El” hərəkatı Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun Milli Şura ilə bağlə irəli sürdüyü təklifə münasibət bildirib. “El”in Ali Məclisinin sədri Eldəniz Quliyev KXCP sədrinə hörmət bəslədiyini bildirsə də bu təklifi qəbul etmədiklərini deyib

“Hesab edirəm ki, hər bir fikir dəyərləndirilməlidir. Mən şəxsən onun təklifinin əleyhinəyəm. Mirmahmud ağanın dediyi kimi, yenidən durub 125 nəfərlə mübarizə aparmaq doğru olmazdı. Bu təklif sonsuzluğa aparan bir danışıqdır.

Milli Şuranın tərkibində məhdudiyyət ola bilməz. Biz hesab edirim ki, Milli Şurada 50 nəfərin olması məqbuldur. Bu siyahını saqqız kimi uzatmaq da olmaz”-deyə E.Quliyev bildirib.

Uzun müddətdir haqqında danışılan Milli Şura ideyasının nə zaman reallaşacağına gəlincə, E.Quliyev bu haqda konkret cavab verə bilməyəcəyini deyib. O həmçinin “ola bilərmi ki, Milli Şura ideyası reallaşmasın” sualına da cavab vermək istəmədiyini qeyd edib

“Milli Şuranın təqdimatının vaxtı konkret demək çətindir. Fikirləşirəm ki, təqdimat may ayı üçün yekunlaşmalıdır. Bizim mənfi cəhətimiz odur ki, çox danışıb, az iş görürük.

Mən bu haqda danışmaq istəmirəm. Çünki ən sonunda ölən şey ümiddir”.

Qeyd edək ki, KXCP sədri M.Mirəlioğlu Millİ Şura ilə bağlı bəzi təkliflər irəli sürüb.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal