Modern.az

Müharibədən sonrakı müharibə 

Qarabağ

23 Noyabr 2022, 12:10

Müharibədən sonrakı müharibə. Biz indi o mərhələni yaşayırıq.


Müharibədən sonrakı müharibəni udmalıyıq. Bu, cəbhədəki qələbəmizi dünya səviyyəsində iqtisadiyyatda, hüquqda, tarixdə, ekologiyada, təhsildə, mədəniyyətdə, bütün sahələrdə təsdiqlətmək, qəbul etdirmək deməkdir.


Dövlət üzərinə düşən yükü artıqlaması ilə qəbul edir, bəs cəmiyyət... Təbii ki, 44 günlük savaş bütövlükdə Azərbaycan cəmiyyətinin qələbəsi idi.


Amma bu, bizi arxayınlaşdırmalı deyil. Qarşıda müharibədən sonrakı müharibə var.


Azərbaycan əsgəri müharibədə, 44 gündə öz sözünü dedi. 100 illərin məğlubiyyət sindromunu qırdı, torpaqlarımızın böyük bir hissəsini işğaldan qurtardı, Şəhidlərimizin küskün ruhunu şad etdi.


Maharibədən sonrakı müharibəni udmaq üçün Azərbaycan əsgərinin bu qəhrəmanlıq salnaməsinə digər sahələrdə çalışanlar tam uyğunlaşmalıdır, konkret əməli ilə adekvat cavab və qatqı verməlidirlər.


Əks halda, bilirsiniz nə olacaq, düşmən yenidən baş qaldıracaq, bütün diqqətini Qarabağa yönəldəcək, revanş götürəcək və s.


Ermənistan 30 ildə Azərbaycana və azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərin qarşlığında təzminat ödəməlidir.


Bunu birmənalı olaraq hər birimiz istəyirik...


İstəyiriksə, aşağıdakı suallar var? 


Azərbaycanda iqtisadçılar varmı?
 

Varsa, niyə Ermənistan işğalından azad edilən Azərbaycan bölgələrinə ermənilərin vurduğu maddi ziyanla bağlı iş görmürlər, tədbir keçirmirlər, beynəlxalq miqyaslı toplantı etmirlər? 
 

Azərbaycanda hüquqşünaslar varmı?
 

Varsa, niyə Ermənistanın 30 illik işğalçılıq siyasətinin hüquqi tərəfləri ilə bağlı iş görmürlər, tədbir keçirmirlər, beynəlxalq miqyaslı toplantı etmirlər? 
 

Azərbaycanda tarixçilər varmı?
 

Varsa, nəinki Xankəndinin, Xocalının, bütövlükdə indiki Ermənistan adlanan dövlətin tarixi Azərbaycan torpaqlarında yerləşdiyini müxtəlif dillərdə hər gün yenə tarixi faktlarla niyə ortaya qoymurlar? 
 

Azərbaycanda təhsil ekspertləri varmı?
 

Varsa, 30 illik müharibənin Azərbaycan təhsilinə vurduğu ziyandan niyə danışmırlar? 30 il işğal altında qalan bölgələrimizdə təhsilə vurulan ziyan hansısa daşın, kərpicin uçurulması deyil.

Müharibə ən çox Azərbaycan təhsilinə zərbə vurdu. Bununla bağlı tədbirlər, araşdırmalar, beynəlxalq təhsil qurumlarının iştirakı ilə toplantılar keçirilə bilinməzmi? 
 

Azərbaycanda ekoloqlar varmı?
 

Varsa, Ermənistanın 30 illik işğalı dövründə tarixi yurd yerlərimizə ekoloji təcavüzü niyə dünyanın diqqətinə çatdırmırlar, ekologiya ilə bağlı dünyanın müxtəlif qurumları ilə birgə toplantılar keçirmirlər? 
 

Azərbaycanda jurnalistlər varmı?
 

Varsa, niyə hər gün dünyanın fərqli ölkələrinin mətbuatında Ermənistanın 30 illik barbarlığından həmin ölkədə yaşayan xalqların düşüncəsinə uyğun şəkildə yazılar yazmırlar?


Siyahını çox uzatmaq olar. Bütün sahələrin insanları müharibədən sonrakı müharibədə də hər an daha cəsur, əzmkar olmalı, daha çox çalışmalıdır.


Qələbəmizə kölgə salanlar var. Fransa və İran açıq şəkildə Azərbaycana düşmənçilik edir, özünü göstərməyən, Fransa, İran kimi xeyli ölkələr var.


Azərbaycan bütün təzyiqlər qarşısında dikdir, çünki haqlıdır, qalibdir.


Müharibədən sonrakı müharibədə Ermənistan 30 illik təcavüzkar, işğalçılıq, soyqırımı siyasətinə görə Azərbaycana təzminat ödəməlidir.


Bu təzminatı gələcək erməni nəslinin boynundan dəyirman daşı kimi asmalıyıq.


Müharibədən sonrakı müharibədə qalib olmaq hamımızın borcudur.


Bu, həm də hər birimizdən asılıdır...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi