Modern.az

İsa Qəmbərin seçki qərargahı toplandı

İsa Qəmbərin seçki qərargahı toplandı

Təhsil

30 Aprel 2013, 18:39

Bu gün Müsavat Partiyasının başqanı, Müsavat Partiyasının prezidentliyə namizədi İsa Qəmbərin Mərkəzi Seçki Qərargahının növbəti toplantısı keçirilib.

Partiyanın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, toplantıda Mərkəzi Seçki Qərargahının işinin təşkili istiqamətində təkliflər səsləndirilib, qərargah üzvləri arasında iş bölgüsü aparılıb. Bundan başqa yerlərdə seçki kampaniyasını təşkil edəcək şəxslərin siyahılarının dəqiqləşdirilməsinə dair tapşırıqlar verilib.

Qeyd edək ki, iclas Müsavat Partiyasının Mərkəzi İcra Aparatının sədri, Mərkəzi Seçki Qərargahının rəhbəri Arif Hacılının sədrliyi ilə keçirilib.

Müsavat Partiyasının Məclisi aprelin 6-də Arif Hacılının İsa Qəmbərin Mərkəzi Seçki Qərargahının rəhbəri təyin olunmasına dair qərar qəbul olunub.

A.RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal