
Milli Məclisin bugunki plenar iclasında millət vəkili Qənirə Paşayeva Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barəsində çıxış edərək, təkliflərini səsləndirib:
“Bu gün xüsusilə kəndlərdə və kənd rayonlarında arzuolunmaz hamiləliklərin qarşısının alınması istiqamətində maarifləndirmə işi güclü deyil və bu da qadınlar üçün, onların sağlamlıqları üçün ciddi problemlər yaradır. Bu gün Cinayət Məcəlləsində təklif edilən dəyişiklikdə deyilir ki, ali tibb təhsili olmayan şəxslər abortla məşğul olarsa, onların cəzalandırılması üçün cərimələr artırılsın. Qeyd edək ki, dəyişikliyə əsasən, xüsusi ali tibbi təsili olmayan şəxs abort edərsə, o, 360 saatdan 400 saatadək ictimai işlərə və ya 1 ilədək islah işlərinə cəlb olunacaq. Mən hesab edirəm ki, bu cərimələrin cüzi artması ilə bu prosesin qarşısını almaq mümkün olmayacaq. Söhbət anaların taleyindən gedir. Ona görə də bu kimi hallara qarşı cəzalar daha da sərtləşməlidir”. Millət vəkili bölgələrdə qadınlar arasında arzuolunmaz hamiləliklə mübarizə istiqamətində maarifləndirmə işlərinin sürətlənməsinə böyük ehtiyac olduğunu da deyib və müvafiq qurumları bu istiqamətdə səyləri artırmağa çağırıb.
Modern.az