Modern.az

Ermənistanda müxalifət kütləvi etiraz askiyasına başladı - FOTO

Ermənistanda müxalifət kütləvi etiraz askiyasına başladı - FOTO

Təhsil

30 Aprel 2013, 22:52


İrəvanda müxalifət lideri Levon Ter-Petrosyanın tərəfdarları kütləvi etiraz aksiyası keçirir. Modern.az-ın erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, etiraz aksiyası “Azadlıq” meydanında keçirilir.

Levon Ter-Petrosyanın tərəfdarları Sərkisyan hakimiyyətindən narazılıqlarını bildiriblər.

“İrəvanda su təchizatı, zibil daşınması və digər kommunal məsələlərlə bağlı ciddi problemlər var, lakin biz aydın dərk etməliyik ki, İrəvanda keçiriləcək seçkilər ümumrespublika əhəmiyyətli seçkilərdir, çünki ölkənin, demək olar ki, bütün həyatı tək paytaxtda cəmləşib”-deyə  Ermənistan Milli Konqress partiyasının rəhbəri Aram Manukyan aksiyadakı çıxışında bəyan edib.

Ermənistanda keçirilən prezident seçkilərində Sərkisyanın saxtakarlıqla qalib gəldiyini deyən Manukyanın sözlərinə görə, hakim partiya 50 faizdən az səs toplayaraq hakimiyyəti mənimsəyib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal