Qalmaqallı səs yazısına görə iş yeri dəyişdirilən 45 nömrəli tam orta məktəbin keçmiş direktoru Nəcibə Axundovanın yerinə yeni təyinat olub.
Modern.az-ın məlumatına görə, 45 nömrəli tam orta məktəbin direktoru vəzifəsi Rəşad Alcanova həvalə olunub.
R.Alcanov əvvəllər Qaradağ rayon Qobustan qəsəbəsində yerləşən 195 nömrəli tam orta məktəbdə tarix müəllimi işləyib. 2016-cı ildə potensial məktəb direktorları kursunu bitirib, sonra 184 nömrəli məktəbə direktor təyin olunub. 2018-2019-cu illərdə 228 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb. 1 noyabr 2019-cu il tarixindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumi təhsil sektorunun böyük məsləhətçisi vəzifəsində çalışıb.
Xatırladaq ki, 45 nömrəli məktəbdən azad olunan Nəcibə Axundova 34 saylı məktəbə direktor təyin olunub.