Modern.az

YAP: “Azərbaycanda Rusiyadan gətirlimiş heç bir seçki texnoloqu yoxdur” - MÖVQE

YAP: “Azərbaycanda Rusiyadan gətirlimiş heç bir seçki texnoloqu yoxdur” - MÖVQE

Parlament

1 May 2013, 09:10


“Azərbaycanda seçki ilə bağlı heç bir rus texnoloqu yoxdur. Azərbaycanın özünün seçki keçirmək sahəsində təcrübəsi var”. Busözləri Modern.az-a açıqlamasında YAP icra katibinin müavini Siyavuş Novruzov ölkəyə Rusiyadan seçki texnoloqlarının gətirlidiyi barədə Rüstəm İbrahimbəyovun ittihamlarını şərh edərkən bildirib.

Deputatın sözlərinə görə, Azərbyacan daim beynəlxalq seçki sistemini öyrənir.

“Özümüzün də kifayət qədər təcrübəmiz var. Texnologiya başqa şeydir. Hansısa texnologiya ola bilər. Amma hər seçicinin milli pisxologiyası var. Rusiyada tətbiq olunan texnologiyanı ABŞ-a tətbiq edə bilməzsən. Azərbaycanın hətta hər regionunun öz xüsusiyyəti var. Bizim ölkədə bu nəzərə alınıb. Azərbaycanda Rusiya texnoloqları yoxdur”-deyə S.Novruzov bildirib.

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...