Modern.az

Putin İrəvanda sülh sazişindən danışdı: Mümkündür… 

Putin İrəvanda sülh sazişindən danışdı: Mümkündür… 

23 Noyabr 2022, 18:41

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasının mümkün olduğunu bildirib.

 

Modern.az xəbər verir ki, Rusiya lideri bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Təhlükəsizlik Şurasının İrəvanda keçirilən iclasında danışıb.

 

"Ümid var ki, nəticədə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına nail olmaq mümkündür", - Putin çıxışında bildirib.

 

Rusiya lideri, həmçinin qeyd edib ki, sərhədin delimitasiyası, nəqliyyat və humanitar məsələlərlə bağlı qərarlar Bakı və İrəvana sülh müqaviləsi imzalamağa imkan verəcək.

 

Qeyd edək ki, İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan dövlət başçılarının toplantısı keçirilir.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu