Müxalif düşərgənin ən gücü qollarından sayılan “El” hərəkatı böyük toplantı keçirəcək. Bu barədə Modern.az saytına “El”in Ali Məclisinin sədri Eldəniz Quliyev bildirib.
E.Quliyev qeyd edib ki, uzun sürən sükutdan sonra “El” silsilə tədbirlərə başlayacaq. Belə ki, ilk tədbir bu gün keçiriləcək. “El” rəsmisinin sözlərinə görə, tədbir Azərbaycanda yaşayan milli azlıqlarla bağlıdır.
“Bu gün milli azlıqlarla bağlı çox böyük toplantımız olacaq. Ardıcıl olaraq toplantılar keçirəcəyik. Sonra dini kəsimlə bağlı tədbirimiz olacaq. Haqqımızda deyilənlərin əksinə olaraq biz intensiz işləyirik. Toplantımız mətbuata qapalı keçiriləcək”-deyə bildirib.
Anar RÜSTƏMOV