Modern.az

Erməni spiker: “Biz yox, KTMT bizi tərk edir”

Erməni spiker: “Biz yox, KTMT bizi tərk edir”

24 Noyabr 2022, 16:24

“Biz heç vaxt deməmişik ki, KTMT-dən çıxmağa hazırlaşırıq. Regionu tərk edən KTMT-nin özüdür. Biz bundan narahatıq”.

 

Modern.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

 

“Tərəfdaşlarımızdan KTMT-nin Cənubi Qafqazı tərk etmək qərarına gəlib-gəlmədiklərini soruşmaq lazımdır. Əgər belədirsə, o zaman bunu yüksək səslə bəyan etmək lazımdır”, - deyə erməni spiker bildirib.

 

Qeyd edək ki, ötən gün Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbəti iclası keçirilib. Bu iclas Ermənistan üçün vacib olsa da, İrəvan müzakirələr sonunda istədiyini ala bilməyib. Nəticədə baş nazir Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Şurasının (KTŞ) bəyannaməsini imzalamaqdan imtina edib. Erməni hökumət rəhbəri belə bir sənədi imzalamağa hazır olmadığını deyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI