Modern.az

“Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşı olması haqda əlimdə faktlar var”- İDDİA

“Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşı olması haqda əlimdə faktlar var”- İDDİA

Təhsil

1 May 2013, 12:04

“Rüstəm İbrahimbəyovun pasportunda onun Rusiya vətəndaşı olduğu qeyd olunur”. Bunu Modern.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

Kinodramaturq Rüstəm İbrahimbəyovun israrla Rusiya vətəndaşı olduğunu deyən YAP rəsmisi əlində buna dair faktların olduğunu qeyd edib:

“Azərbaycanda ikili vətəndaşlıq yoxdur. İki ölkədən birinin vətəndaşı olmalısan. Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığı var. Mən bu fikri deyirəmsə, əsaslı şəkildə deyirəm. Əlimdə Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşı olmasına dair faktlar var. İbrahimbəyovun Rusiyada yaşaması üçün daimi qeydiyyatı olmalıdır. O, ömrünün bütün hissəsini Rusiyada yaşayır. Onun pasportunda da Rusiya vətəndaşı olduğu qeyd olunur”-deyə S.Novruzov vurğulayıb.

Siyavuş Novruzovun bu iddiasına cavab olaraq “El” hərəkatının Ali Məclis sədri Eldəniz Quliyev Modern.az-a açıqlamasında Rüstəm İbrahimbəyovun Azərbaycan vətəndaşı olduğunu bildirmişdi.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal