Modern.az

“Pəncə-Qılınc” əməliyyatında 326 terrorçu məhv edilib - Hulusi Akar

“Pəncə-Qılınc” əməliyyatında 326 terrorçu məhv edilib - Hulusi Akar

Aktual

25 Noyabr 2022, 11:24

"Pəncə-Qılınc" əməliyyatı nəticəsində indiyədək 326 terrorçu zərərsizləşdirilib.
 

Modern.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

“Pəncə-Qılınc” əməliyyatında son vəziyyətlə bağlı jurnalistlərin sualını cavablandıran Akar, “terrora son qoymaq, ölkəmizin, millətimizin və sərhədlərimizin təhlükəsizliyini təmin etmək üçün əlimizdən gələni etdik və etməyə davam edəcəyik” söyləyib.

H.Akar Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında "ABŞ-ın müşahidə nöqtəsini vurması" iddiası ilə bağlı sualı cavablandırarkən, "koalisiya qüvvələrinə və ya mülki şəxslərə zərər vermək bizim üçün söz mövzusu deyil. Bizim yalnız bir hədəfimiz var, o da terrorçulardır”, - deyə vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır