Modern.az

AFFA Cavid Hüseynovu 6 oyunluq cəzalandırdı

AFFA Cavid Hüseynovu 6 oyunluq cəzalandırdı

25 Noyabr 2022, 15:58

AFFA İntizam Komitəsi "Şamaxı"nın məşqçisi Cavid Hüseynovu 6 oyunluq cəzalandırıb.

 

Modern.az xəbər verir ki, buna mütəxəssisin "Turan Tovuz"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/8 final oyunu başa çatdıqdan sonra etdiyi hərəkət səbəb olub.

 

Hüseynov birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimin qərarına kəskin etiraz edərək ona əl-qol atıb.

 

Şamaxı təmsilçisi bunun üçün 6 min manat məbləğində cərimələnib. Bölgə təmsilçisi həmin görüşdə 4 oyunçusu sarı vərəqə aldığı üçün əlavə 800 manat ödəyəcək.

 

Komandanın müdafiəçisi Cəlal Hüseynova isə ikinci sarı vərəqəni alaraq meydandan qovulduğuna görə bir oyunluq cəza verilib.

 

İK MOİK-ə 1600 manat məbləğində cərimə kəsib. "Səbail"lə kubok matçında təcili yardım maşınının təyin olunan vaxtda gəlməməsi klubu ziyana salıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi