Modern.az

Sülh müqaviləsinin bir addımlığında - Ermənistan nə istəyir?!

Sülh müqaviləsinin bir addımlığında - Ermənistan nə istəyir?!

Aktual

26 Noyabr 2022, 17:00

Azərbaycan-Rusiya-Ermənistan rəhbərləri tərəfindən imzalanan 2020-ci il 10 noyabr bəyannaməsindən artıq iki il keçir. Razılaşmadan uzun müddət ötməsinə baxmayaraq, Ermənistan tərəfi öhdəliklərini yerinə yetirməkdən yayınır, Azərbaycan ərazisində məskunlaşan qanunsuz erməni silahlı birləşmələrini maliyyələşdirməkdə davam edir, ölkəmizin suveren ərazisində təxribatlar törətməkdən çəkinmir. Bununla belə, özlərini danışıqlar masasında sülhyaratma prosesinin tərəfdarı kimi göstərməyə çalışırlar.

 

Hazırda sülh müaviləsinin imzalanması realdırmı? Müqavilə ən tez nə zaman imzalana bilər?

 

Məsələ ilə bağlı Modern.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki,  müzakirəsi gedən sülh sazişi ilə bağlı məsələyə Azərbaycan və Ermənistanın yanaşması fərqlidir.

 

 

Sabiq nazir deyib ki, Ermənistanın mövqeyi bizim mövqeyimizə ziddir:

 

“Məsələ ondan ibarətdir ki, Ermənistan heç ərazi bütövlüyü ilə bağlı bəyannaməni imzalamaq istəmir. Hər hansı sənəd imzalanırsa, onun müddəaları həm də praktik icra edilməlidir. Bu, Azərbaycan üçün vacibdir. Amma Ermənistan bunu etmir.  Beynəlxalq ictimaiyyət Ermənistandan işğala son qoymağı tələb edir. Ancaq Ermənistan Azərbaycanın daxili işlərinə qarışacağını, Azərbaycan ərazisindəki qanunsuz silahlı birləşmələri maliyyələşdirəcəyini hərəkətləri ilə açıqca nümayiş etdirir. Belə vəziyyətə görə, deyə bilərik ki, sülh sazişinin mənası qalmayıb. Bir sözlə, Azərbaycana növbəti mənasız sənəd lazım deyil”.

 

Onun sözlərinə görə, Ermənistanın sözü ilə əməli üst-üstə düşmür:

 

“Azərbaycanın məqsədi odur ki, Ermənistanın sadaladığımız işlərinə son qoyulsun.  Ermənistanın sözdə Azərbaycan ərazi bütövlüyünü qəbul etdiyini deməsi diplomatik üslubdan başqa bir şey deyil. Bununla da, Ermənistan heç bir öhdəlik götürməməyə, öhdəliklərə əməl etməməyə nail olmaq istəyir. Bu şəraitdə doğrusu  sülh saşinin imzalanacağı şübhə doğurur. Sülh sazişi imzalansa da, Ermənistan bu sənədə əməl etməyəcək".

 

Sabiq nazir vurğulayıb ki, sənədə Ermənistana qarşı konkret öhdəliklər və onların icra müddəti daxil edilməlidir:

 

“Misal üçün Ermənistanın qeyri-qanuni silahlı birləşmələrinin Qarabağın dağlıq ərazisindən nə vaxt çıxacağı, eləcə də digər öhdəliklərin hansı müddət ərzində həyata keçiriləcəyi sənəddə göstərilməlidir. Yəni “timetable” olmalıdır. Öhdəliklərin konkret icra müddətləri göstərilsə, ermənilər sənədə qol çəkməyəcək. Sənəd dediklərimiz göstərilmədən hazırlanıb imzalananda isə artıq lazımsız olacaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır