Hazırkı münaqişədə rəsmi Kiyevə kömək etmək Qərb ölkələrinin sakinlərinə baha başa gəlir.
Modern.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
O, Avropada ərzaq və elektrik qiymətlərinin artdığını deyib və bir çox avropalı ailələr üçün “çətin günlərin” gəldiyini diqqətə çatdırıb.
Buna baxmayaraq, Stoltenberq Ukraynaya dəstəyi artırmağın zəruriliyini vurğulayıb. Baş katib eyni zamanda bildirib ki, hərbi yardım Kiyevin danışıqlar masası arxasında mövqelərini gücləndirməyə qadirdir.