Modern.az

Bakının 3 rayonunda su olmayacaq

Bakının 3 rayonunda su olmayacaq

Təhsil

2 May 2013, 10:27

 “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən 4 saylı nasos stansiyasında aparılan təmir işləri ilə əlaqədar 02-03 may 2013-cü il tarixlərində Bakı şəhəri Binəqədi, Nərimanov və Sabunçu rayonlarının bəzi yerlərinə içməli suyun verilməsində məhdudiyyətlər tətbiq ediləcək.

Qurum yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...