Modern.az

“Finlandiya və İsveçlə bağlı proses müsbət irəliləyir” – Çavuşoğlu

“Finlandiya və İsveçlə bağlı proses müsbət irəliləyir” – Çavuşoğlu

28 Noyabr 2022, 16:24

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı razılaşmalardan söz açıb.

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazir prosesin müsbət şəkildə irəlilədiyini vurğulayıb.

“Atılması vacib olan addımlar var, amma ümumilikdə proses müsbət şəkildə irəliləyir. Xüsusən, İsveçin atmalı olduğu bəzi addımlar mövcuddur”, - deyə Çavuşoğlu bəyan edib.

Türkiyə XİN başçısı, həmçinin Misirlə münasibətlərin normallaşması prosesinə də toxunub: “Nazir müavinləri səviyyəsində məsləhətləşmələr yenidən təşkil oluna bilər. Növbəti aylarda səfir təyinatları da gerçəkləşdirilə bilər”.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumundan sonra NATO-ya üzv olmaq istəyən Finlandiya və İsveçin təşkilata üzvlük prosesi gündəmə gətirilib, lakin hər iki ölkə Türkiyənin veto qoymaq ehtimalı ilə qarşılaşıb. Türkiyə təhlükəsizliyini təhdid edən terror təşkilatı nümayəndələri ilə bağlı Skandinaviya ölkələrindən adekvat addım atmağı tələb edib, əks təqdirdə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə veto qoyacağını bəyan edib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu