Modern.az

Misir Mərdənov yeni vəzifəsində yeni planlarını açıqladı

Misir Mərdənov yeni vəzifəsində yeni planlarını açıqladı

Ölkə

2 May 2013, 11:46

 

“Riyaziyyat və Mexanika İnstitutunun gələcək illər üçün İnkişaf Proqramı hazırlanmalı və bu məqsədlə İşçi qrupu yaradılaraq öz həllini gözləyən problemləri aşkara çıxarmalıdır”.
Modern.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akadmeiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdənov keçirdiyi iclas zamanı bildirib.

O, eyni zamanda perspektivdə nəzərdə tutulan işlər barədə məlumat verib. Bakı Dövlət Universitetinin “Mexanika-riyaziyyat” və “Tətbiqi Riyaziyyat və Kibernetika” fakültələri ilə əlaqələrin qurulmasının vacibliyindən söhbət açan professor perspektivli məzunların instituta cəlb olunması məsələsinə də xüsusi önəm verdiyini qeyd edib.  

İclasda 2014-cü ildə institutun 55 illik yubileyinin keçirilməsi istiqamətində hazırlıq işlərinin görülməsi, institut əməkdaşlarının təcrübi biliklərinin daha da möhkəmləndirilməsi məqsədilə xaricdə təhsillərinin davam etdirilməsi, institutun saytının müasir tələblərə uyğun yenidən işlənməsi və s. məsələlər də müzakirə olunub.

Müzakirələrdə institutun şöbə müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Vaqif  Hacıyev, fizika-riyaziyyat elmləri doktorları, professorlar Cəfər Ağalarov və Bilal Bilalov, institutun ümumi işlər üzrə direktor müavini Mehdi Məmmədov, Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin dekanı, institutun Elmi Şurasının üzvü, fizika-riyaziyyat elmləri doktoru Nizaməddin İsgəndərov çıxış edərək görüləcək işlər haqqında öz təklif və tövsiyələrini irəli sürüblər.  

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?