Modern.az

Sabah Bakıda 27 dərəcə isti olacaq - HAVA

Sabah Bakıda 27 dərəcə isti olacaq - HAVA

Təhsil

2 May 2013, 12:59

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, mayın 03-də hava şəraitinin dəyişkən buludlu olacağı, axşam arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 9-14, gündüz 19-24, bəzi yerlərdə 27 dərəcəyədək isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında mayın 03-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturunun gecə 10-15, gündüz 25-30, bəzi yerlərdə 33 dərəcəyədək isti, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz
Abşeron yarımadasında mayın 05-dək gözlənilən sabit hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Modern.az 

Sizə yeni x var
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...