Modern.az

Partiyalarla bağlı qanun ilk oxunuşdan keçdi - YENİLƏNİB

Partiyalarla bağlı qanun ilk oxunuşdan keçdi - YENİLƏNİB

29 Noyabr 2022, 16:00

Milli Məclisdə “Siyasi partiyalar haqqında” qanun layihəsi müzakirə olunub.

 

Modern.az xəbər verir ki, qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul olunub.

 

Qanun layihəsinin lehinə 95 səs verilib.

 

Milli Məclisin sədri tapşırıq verib ki, bununla bağlı hər hansı dəyişikliyə ehtiyac varsa, yenidən ictimai müzakirələr keçirilsin.

 

***

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

 

Modern.az-ın xəbərinə görə, layihə barədə Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli məlumat verib.

 

O, layihənin hazırlanmasında dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənildiyini, ölkənin siyasi sisteminin və milli xüsusiyyətlərinin, bununla yanaşı, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələrinin nəzərə alındığını bildirib.

 

Daha sonra yeni qanun layihəsi deputatların müzakirəsinə təqdim olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi