Modern.az

“Azərbaycanın Ermənistanla bağlı gözləntiləri var” – Prezidentin sözçüsü

“Azərbaycanın Ermənistanla bağlı gözləntiləri var” – Prezidentin sözçüsü

29 Noyabr 2022, 14:28

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasından danışıb.

 

Modern.az “Haber7”yə istinadən xəbər verir ki, sözçü bu prosesin müsbət şəkildə davam etdiyini söyləyib.

 

“Sərhədlərin açılması ilə bağlı texniki işlər görülüb. Proses müsbət şəkildə irəliləyir. Ermənistanla Azərbaycan arasındakı prosesin sağlam şəkildə irəliləməsi vacibdir. 30 ildir qurula bilməyən təmaslar qurulub. Qarabağ məsələsi çözülüb. Paralel olaraq Azərbaycanın Ermənistanla bağlı gözləntiləri var. Uyğun zamanda və uyğun şəraitdə addımlar atıla bilər”, - deyə Kalın bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir