Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Rüfət Quliyev toplantıya qatılan qonaqları salamladığını deyib.
Modern.az-ın məlumatına görə, spiker Sahibə Qafarova deputata cavab olaraq, iclasda qonaqların iştirak etmədiyini bildirib.
“Rüfət bəy, bu gün iclasımızda qonaqlarımız yoxdur” - spiker söyləyib.
Deputat R.Quliyev qonaq qismində jurnalistləri nəzərdə tutduğunu bildirsə də, spiker jurnalistlərin qonaq olmadığını, media nümayəndələrinin səhərdən axşama qədər deputatlarla birgə işlədiyini diqqətə çatdırıb.