Modern.az

Şabran və Qubada yanan meşələr bərpa olunur - FOTO

Şabran və Qubada yanan meşələr bərpa olunur - FOTO

Aktual

29 Noyabr 2022, 17:18

Yay aylarında yanğına məruz qalmış ərazilərin bərpası məqsədilə növbəti meşəbərpa tədbirləri bu gün Şabran və Quba rayonlarının meşə fondu torpaqlarında keçirilib. 

 

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev Modern.az-a bildirib ki, əkinə hazır vəziyyətə gətirilmiş meşə ərazilərində ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevin və Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarının iştirakı ilə ümumilikdə 5 hektar sahədə ağac əkini və toxum səpini işləri aparılıb:

 

“Ölkə ərazisinin yanğına məruz qalmış meşə fondu torpaqlarında bərpa tədbirləri payız əkin mövsümünün sonunadək davam edəcək”.

 

Şabran və Quba rayonlarında meşəbərpa tədbirləri keçirilib - FOTOLARŞabran və Quba rayonlarında meşəbərpa tədbirləri keçirilib - FOTOLARŞabran və Quba rayonlarında meşəbərpa tədbirləri keçirilib - FOTOLARŞabran və Quba rayonlarında meşəbərpa tədbirləri keçirilib - FOTOLAR

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi