Modern.az

Bakıda “Şuşa-beşiyində güllələnmiş mədəniyyət”in müzakirəsi oldu

Bakıda “Şuşa-beşiyində güllələnmiş mədəniyyət”in müzakirəsi oldu

2 May 2013, 16:48
Bu gün Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının qərargahında “Qarabağ” QHT Koalisiyası Azərbaycanın qədim tarixi şəhəri Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının  21-ci ildönümü ilə bağlı “Şuşa-beşiyində güllələnmiş mədəniyyət” mövzusunda dəyirmi masa keçirib.  

Tədbir şəhidlərin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə açılıb.   Çıxış edən Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Qarabağ QHT Koalisiyasının sədri Vüqar Qədirov 1992-ci ilin mayın 8-də ermənilərin Şuşa şəhərini işğal eməsini dövlətimizin ərazi bütövlüyünə vurulmuş ən böyük zərbə adlandırıb. V.Qədirov Şuşadakı milli-mədəni dəyərlərimizin bir qisminin dağıdıldığını, bir qisminin isə ermənilədirilərək vandalizmə uğradıldığı barədə məsələlərin Beynəlxalq təşkilatların diqqətinə çatdırılmasının vacibliyini qeyd edib.          

O, eyni zamanda Avropa Parlament Assambleyasının bir qrup deputatının Dağlıq Qarabağa səfərini Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik kimi qiymətləndirib.

”Bütün Dünya dövlətləri, beynəlxalq təşkilatlar tərəfindən tanınan Azərbaycan Respublikasınım ərazi bütövlüyünə eyni zamanda Avropa Parlamenti tərəfindən də hörmət edilməlidir. Biz Avropa Parlamentinin deputatlarının bu hərəkətlərinə qəti etiraz edirik”.           

V.Qədirov qaçqın və məcburi köçkün gənclərin bu mövzuya mənfi münasibətlərini xüsusi olaraq vurğulayıb.   Koalisiyanın baş katibi Faiq İsmayılov Şuşa şəhərində erməni kilsələrinin və monumental xaç abidələrinin tikilməsi barədə məlumat verib. Bildirib ki, ermənilərin bu vandal hərəkətləri gələcəyə hesablanmış addımlardır. Bu yeni kilsələri ermənlər 50 il sonra milli-mədəni dəyərləri kimi misal göstərəcəklər.

Daha sonra ermənilərin Şuşa şəhərində milli-mədəni dəyərlərimizin məhvinə dair faktlar nümayiş etdirilib. 

Müzakirələrdə digər çıxış edənlər Avropa Parlamentinin Fransa və Cənubi Kiprdən olan deputatlarının Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa qanunsuz səfərlərinə etirazlarını bildiriblər.  

Azərbaycanın Milli Elmlər Akademiyasının Soyqrımı şöbəsinin üzvü, fəlsəfə doktoru Vaqif Abışov, “Qarabağ” QHT Koalisiyasının üzvü Şamil Sabiroğlu, Şəhid Ailələrinə Sosial Dəstək ictimai birliyinin sədri Almaz Zeynalova, Laçın İcra Hakimiyyəti Aparatının məsul işçisi Yaqut Cabbarlı,  “Qarabağ” QHT Koalisiyasının üzvü Əkrəm Bəydəmirli və digərlər çövzu ilə bağlı fikirlərni çatdırıblar.


Aytən Əliyeva


 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...