
Ötən gecə UEFA Avropa Liqasının yarımfinal oyunları keçirildikdən sonra finalçılar məlum olub.
Modern.az-ın məlumatına görə, azərbəycanlı azarkeşlərin də maraqla izlədiyi oyunlardan biri Portuqaliyada baş tutub. Yerli “Benfika” öz meydanında İstanbulun “Fənərbaxça” klubunu qəbul edib. Bu komandalar arasındakı ilk oyun Türkiyədə 1:0 hesabı ilə “Fənər”in xeyrinə başa çatmışdı. Təəssüf ki, İstanbul klubu tarixi uğura imza ata bilməyərək cavab oyununda 1:3 hesabı ilə uduzub. İki oyunun nəticəsinə görə 3:2 hesabı ilə "Benfika" üstün olub və finala vəsiqə qazanıb.
Digər oyunda İsveçrə “Bazel”i Londonda "Çelsi"nin qonağı olub. İlk oyunda rəqib meydanında 2:1 hesabı ilə qalib gələn ingilis klubu üstün vəziyyətdə idi. Bu oyunda da "Çelsi" 3:1 hesabı ilə qələbə qazanaraq finala çıxıb.
Beləliklə avroliqanın finalında "Çelsi" və "Benfika" qarşılaşacaq.