Modern.az

Bu gün akademiklər cəbhə bölgəsinə gedib

Bu gün akademiklər cəbhə bölgəsinə gedib

3 May 2013, 10:10

Azərbaycanın mərhum dövlət başçısı Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar müdafiə naziri tərəfindən təsdiq olunmuş plana uyğun olaraq bütün hərbi hissə və birləşmələrdə geniş tədbirlər keçirilir. Modern.az saytının  xəbərinə görə, bu gün ictimai və incəsənət xadimlərinin, millət vəkillərinin, ziyalıların, qeyri-hökumət təşkilatlarının nümayəndələrindən, jurnalistlərdən ibarət bir qrup Bakıdan vaxtilə Heydər Əliyevin cəbhə bölgəsində ziyarət etdiyi hərbi hissəyə gedib.

Bakıdan cəbhə xəttinə gedən qrupa Milli Elmlər Akademiyasının müxbir üzvləri Vaqif Abbasov, Rafiq Qasımov, millət vəkilləri Gövhər Baxşəliyeva, Nizami Cəfərov, İlham Məmmədov, Sahibə Qafarova, Xalq şairi Söhrab Tahir, Xalq artisti Ramiz Quliyev və onun rəhbərlik etdityi Xalq çalğı alətləri orkestri, Milli QHT Forumunun prezidenti Rauf Zeyni və Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rəhbəri Mehdi Mehdiyev və digərləri daxildir.

Səfər çərçivəsində onlar düşmənlə ən yaxın məsafədəki hərbi hissədə qulluq edən əsgərlərə baş çəkəcəklər.

Əsgərlər üçün konsert veriləcək və sonra Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu tərəfindən mətbuat konfransı keçiriləcək.

Modern.az 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...