Modern.az

Meksika qrupda qaldı- YENİLƏNİB

Meksika qrupda qaldı- YENİLƏNİB

İdman

1 Dekabr 2022, 00:59

Meksika millisi Qətərdə keçirilən dünya çempionatında qrupda qalıb.

 

Modern.az xəbər verir ki, Şimali Amerika təmsilçisi C qrupunun son turunda Səudiyyə Ərəbistanını 2:1 hesabı ilə məğlub etsə də, 1/8 finala keçə bilməyib.

 

Bu nəticədən sonra Meksika millisi Polşa ilə eyni - 4 xala malik olsa da, topların nisbətinə görə rəqibindən geri qalıb və çempionatla vidalaşıb.

 

***

00:26

Dünya çempionatında Səudiyyə Ərəbistanı və Meksika yığmaları arasında C qrupunun III tur oyununda növbəti qol vurulub.

 

Modern.az xəbər verir ki, Luis Çaves 52-ci dəqiqədə 2-ci topu rəqibin qapısından keçirib - 2:0.

 

***

00:16

Dünya çempionatında Səudiyyə Ərəbistanı və Meksika yığmaları arasında C qrupunun III tur oyununda ilk qol vurulub.

 

Modern.az xəbər verir ki, 48-ci dəqiqədə Enri Martin Şimali Amerika təmsilçisini hesabda önə keçirib.

 

***

23:04

 

Dünya çempionatında Səudiyyə Ərəbistanı və Meksika yığmaları arasında C qrupunun III tur oyunu start götürüb.

 

Modern.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

 

***

22:17

 

Dünya çempionatının C qrupunun III turunda üz-üzə gələcək Səudiyyə Ərəbistanı və Meksika yığmalarının start heyətləri bəlli olub.

 

Modern.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-liklər"lə çıxacaqlar:

 

Səudiyyə Ərəbistanı: Məhəmməd Əl-Ovais (q), Saud Abdulhamid, Abdulela Əl-Əmri, Məhəmməd Əl-Burayk, Əli Al Boleahi, Firas Əl-Buraykan, Salem Əl-Dosari, Sultan Əl-Qanam, Saleh Əl-Şəhri, Əli Əl-Həssən, Həsən Əl-Tambakti, Məhəmməd Kanno

 

Meksika: Gilyermo Oçoa, Sesar Montes, Enri Martin, Eduardo Pinedo, Ektor Moreno, Edson Alvares, Luis Çaves, Xesus Qalyardo, İrvinq Lozano, Aleksis Veqa, Xorxe Sançes

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir