Modern.az

Türkiyə ordusu şəhid verdi

Türkiyə ordusu şəhid verdi

Aktual

1 Dekabr 2022, 09:46

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında həyata keçirdiyi "Pençe-Kilit" əməliyyatı bölgəsində terrorçularla qarşıdurmada artilleriyaçı Nedim Korkmaz şəhid olub. 

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Şəhid xəbəri Hakkarinin Qazi rayonunda yaşayan atası Ramazan və anası Həmidə Qorxmaza hərbi və mülki qurumlar tərəfindən verilib.

 

"30 noyabr 2022-ci il tarixində "Pençe-Kilid" Əməliyyatı bölgəsində separatçı terror təşkilatı üzvləri ilə qarşıdurma nəticəsində yaralanan qəhrəman yoldaşımız Topçu Mütəxəssis Çavuş Nedim Korkmaz, edilən bütün müdaxilələrə baxmayaraq şəhid olub. Münaqişədə 3 separatçı terrorçu məhv edilib", - Milli Müdafiə Nazirliyindən verilən açıqlamada, deyilir. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı