Modern.az

İranlı namizəd Təbrizdə Bakını İTTİHAM etdi: “Azərbaycan tələyə düşüb

İranlı namizəd Təbrizdə Bakını İTTİHAM etdi: “Azərbaycan tələyə düşüb

3 May 2013, 12:13


“Azərbaycan İranın və islamın düşmənlərinin tələsinə düşüb və biz bu ölkə xalqına kömək etməliyik”. Modern.az- İran KİV-lərinə istinadən  xəbər verir ki, bu sözləri Təbriz Universitetində çıxış edən prezidentliyə namizəd Purməhəmmədi Azərbaycan Respublikası barədə verilən sualı cavablandırarkən deyib: “İran İslam Respublikası həmişə qonşu ölkələrlə münasibətlərin genişlənməsi siyasətini öndə tutub və bütün qonşuları ilə dostluq əlaqələrinin qurulmasının tərəfdarıdır”.

Onun sözlərinə görə, Azərbaycan Respublikası İran İslam Respublikasının milli maraqlarının əksi yolunda hərəkət edir:

“Azərbaycan Respublikası İranın və İslamın düşmənlərinin tələsinə düşüb və biz bu ölkə xalqına kömək etməliyik ki, sionistlərin tələsindən çıxsınlar”

Gültəkin Ələsgər

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...