Modern.az

Şesni Messiyə 100 avro UDUZDU

Şesni Messiyə 100 avro UDUZDU

1 Dekabr 2022, 11:20

Ötən gün keçirilən Polşa - Argentina görüşündə qapıçı Voyçex Şesni ilə Lionel Messi mərc edib.

 

Modern.az xəbər verir ki, bu barədə təcrübəli qapıçı açıqlamasında bildirib.

 

O deyib ki, argentinalı ulduzla hakimin penalti təyin etməyəcəyinə dair mərc edib: “Hakim VAR-a getdiyi zaman Messi ilə danışırdıq. Dedim ki, hakimin penalti təyin etməyəcəyinə 100 avrodan mərc edək. Amma mərci uduzdum. Ona pul verməyəcəm. Messinin artıq kifayət qədər pulu var”.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu