Modern.az

Türkiyə Qara dənizdə inanılmaz əməliyyat gerçəkləşdirdi

Türkiyə Qara dənizdə inanılmaz əməliyyat gerçəkləşdirdi

1 Dekabr 2022, 11:40

Türkiyə Qara dənizin 2200 metr dərinliyində quyulardan axacaq qazın toplanması üçün 280 tonluq çən quraşdırıb.


Modern.az xəbər verir ki, bu barədə “Yeni Şəfəq” qəzeti məlumat yayıb.

Nəşr qeyd edir ki, "20 saatlıq əməliyyat anbarın bir qarış da sürüşməməsini təmin etmək üçün cərrah  dəqiqliyi ilə həyata keçirilib".


Türkiyə Neft Şirkətinin (TPAO) ekipajları ölkə tarixində ən böyük təbii qaz kəşfi hesab edilən “Sakarya”  qaz yatağında gecə-gündüz işləyir.


Bundan əvvəl Türkiyənin Qara dənizdəki Sakarya yatağından 540 milyard kubmetr qazın çıxarılması və nəqli layihəsinə təxminən 10 milyard dollar sərmayə qoyacağı bildirilirdi. Planlara görə, yataqdan ilk qaz 2023-cü ildə Türkiyəyə axacaq. Proqnozlara görə, “Sakarya” 2026-cı ilə qədər pik hasilata çata biləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir