Modern.az

Nazir Olivier Varhelyi ilə görüşdü

Nazir Olivier Varhelyi ilə görüşdü

1 Dekabr 2022, 11:44

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Brüsselə işgüzar səfəri çərçivəsində Avropa İttifaqının genişlənmə üzrə komissarı Olivier Varhelyi ilə görüşüb.

 

Modern.az xəbər verir ki, görüş zamanı Azərbaycanla Avropa İttifaqı arasında nəqliyyat, rəqəmsal transformasiya, o cümlədən İKT və kibertəhlükəsizlik üzrə əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.

 

Ölkəmizdə həyata keçirilən rəqəmsal transformasiya layihələrinə və sahə üzrə mütəxəssislərin hazırlanmasına Avropa İttifaqı tərəfindən dəstək göstərilməsi məsələləri müzakirə olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır