Modern.az

Heydər Əliyev Mərkəzi xarici ölkələrdə fotosərgilər təşkil edib

Heydər Əliyev Mərkəzi xarici ölkələrdə fotosərgilər təşkil edib

3 May 2013, 14:02


Heydər Əliyev Mərkəzi dünya şöhrətli siyasi xadim Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində fotosərgilər və konfranslar təşkil edir. Mərkəzdən Modern.az-a verilən məlumata görə, Heydər Əliyev irsinin yaşadılması və ölkədən kənarda təbliğ olunması baxımından önəm kəsb edən bu fotosərgilərdə onun həyatı və siyasi fəaliyyətinin müxtəlif dönəmləri öz əksini tapıb.

 “Həyatdan 90 fraqment” adlı sərgilər mayın 5-dən etibarən Belarusda və Macarıstanda, mayın 7-dən isə Rumıniyada nümayiş olunacaq.

Mayın 7-də Azərbaycanın Rumıniyadakı səfirliyi, Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyi və Heydər Əliyev Mərkəzinin təşkil etdiyi konfrans çərçivəsində keçiriləcək sərgidə Rumıniyanın ictimai-siyasi xadimləri, xarici ölkələrin diplomatik korpusunun nümayəndələrinin iştirakı və çıxışı nəzərdə tutulub. 

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...